100 mindən çox insan etiraz aksiyasında

100 mindən çox insan etiraz aksiyasında

Küveytin başçısı Əmirinin seçki qanununu dəyişdirməsinə qarşı çıxan müxalifət etiraz aksiyası keçirib. SİA-nın xaricin mətbuata istinadən verdiyi məlumata görə, 100 min insanın iştirak etdiyi qarşıdurma bu günə qədər görülməmiş ən böyük etiraz aksiyası hesab olunur. Nefti ilə məşhur olan Küveyt bununla tarixin ən böyük etiraz aksiyasını görüb.

Aksiya zamanı 100-dən çox nümayişçi və 11 polis əməkdaşı yaralanıb. Aktivistlər aksiyada 100 mindən çox adamın iştirak etdiyini bildirib. Nümayiş zamanı keçmiş deputat Valid əl Tabtabay da daxil olmaqla onlarla adam saxlanılıb.

Nümayişçilər əmir, varis şahzadə və baş nazirin məskunlaşdığı Seyf sarayına yürüş etmək istəsə də, polis onların qarşısını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə