BMT Suriyadakı vəziyyəti müzakirə edəcək

BMT Suriyadakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurasında bu gün Rusiyanın təşəbbüsü ilə Suriyadakı vəziyyətə dair məsləhətləşmələr keçiriləcək. SİA-nın məlumatına görə, Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasına 3 bəyanat qəbul etməyi təklif edib. Bəyanatlardan biri Qurban bayramı dövründə Suriyada döyüşlərə son qoyulmasına dəstəyi ifadə etməlidir. İkinci bəyanat Dəməşqdə bu günlərdə baş vermiş partlayışı, üçüncüsü isə Liviyanın Bəni-Vəlid şəhərindəki qırğını pisləməlidir.

Qeyd edək ki, Qurban bayramı dövründə Suriyada atəşkəs elan etmək təklifinin müəllifi BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimidir. Dəməşqdəki partlayış oktyabrın 21-də baş verib və 10 nəfərin ölümünə səbəb olub. Liviyanın Bəni-Vəlid şəhərindəki qırğında isə ölkənin keçmiş lideri Müəmmər Qəddafinin oğlu Xamis öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə