Finlandiya hökumətinin başçısı seçicilərlə görüşərkən bir nəfər ona bıçaqla hücum edib
Finlandiya baş naziri Yurki Kataynenə qarşı sui-qəsd cəhdi olub. Şahidlərin sözlərinə görə, baş nazir Turku şəhərində bələdiyyə seçkiləri ərəfəsində seçicilərlə görüşərkən bir nəfər ona bıçaqla hücum edib.
Lakin hücum edən şəxs məqsədinə çata bilməyib. Rusiya mətbuatı yazır ki, mühafizəçilər onu neytrallaşdıra bilib. Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB