Xərçəngin dərmanı: Qatıq!

Professor Erkan Topuz geni dəyişdirilmiş ərzaqlardan istifadə olunarsa insanların 5 il ərzində 2 nəfərdən birinin xərçəng xəstəsi olacağını bildirib. Ayda 12 ədəd sosiska yeyən uşaqlarda xərçəngə tutulma riskinin 5 dəfə artdığını qeyd edən həkim tam bişməmiş kolbasa və sosiska növlərinin uşaqlar üçün ziyanlı olduğunu deyib. Topuz bildirib ki, həddindən artıq bişmiş yumurta yemək də orqanizm üçün ziyanlıdır. Hinduşqa ətinin xeyirli olduğunu deyən professor, həftə ərzində ən azı 1 kiloqram balıq ətindən də istifadə edilməsinin vacibliyini vurğulayıb.

Həkim süd məhsullarının önəmli olduğunu deyib. O bildirib ki, qatıq xərçəng xəstəliyinin qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə