ABŞ-ın Florida ştatında Everqleyds Milli parkında 5 metr 18 santimetr uzunluğunda, 74,4 kiloqram ağırlığında nəhəng Birmanya bitonu tutulub. SİA-nın məlumatına görə, Florida ştatında indiyə qədər rastlanan ən böyük ilan 87 yumurtası ilə birlikdə tapılıb. İlan öldürüldükdən sonra, araşdırmaq üçün Florida Təbiət Tarix muzeyinə gətirilib. Belə ki, hər şeyi yeyəbilmə qabiliyyətinə malik bitonun mədəsində tük topaları tapılıb. Ovlarını boğaraq öldürən Birmanya bitonunun timsah və maral kimi böyük heyvanları udaraq bəsləndiyi bildirilib.
Qeyd edək ki, Birmanya bitonları 1992-ci ildə meydana gələn "Andrew" qasırğası zamanı heyvan mağazalarından çıxarılıb Florida ştatında yerləşdiriliblər.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB