Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Şimali Qafqazda həyata keçirilən əməliyyatlarda 49 nəfər öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri əməkdaşlarının Şimali Qafqazda həyata keçirdikləri 90 əməliyyatda 49 nəfərin öldürüldüyü, 30-nun isə həbs olunduğu bildirilir.
Bundan başqa, əməliyyatlarda 30 bomba,100 kq partlayıcı maddə, 109 silah, 350 mina, 19 min güllə və hərbi sursat ələ keçirilib.
Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə verdiyi açıqlamada 2014 Qış Olimpiya oyunları ərəfəsində əməliyyatların genişləndiriləcəyini deyib.
Xatırladaq ki, özünü Şimali Qafqazın əmiri adlandıran Doku Umarov Olimpiya oyunları zamanı Rusiyada terror aktları həyata keçiriləcəyini iddia edib.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB