Naməlum kişi ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərindəki "Azana Day" Spa salonunda atəş açıb. "Reuters"in verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, azı 4 adam yaralanıb.
Polisin ilkin məlumatına görə, atəş açan kişi qara "Mazda" avtomobili ilə hadisə yerindən qaçıb. Bəzi şahidlər onun hərbi geyimdə olduğunu bildiriblər. Cinayətin motivləri barədə məlumat yoxdur.
"Associated Press"in məlumatına görə, polis əməkdaşları Spa salonunda əldəqayırma partlayıcı qurğu aşkar ediblər. Hazırda mütəxəssislər onu öyrənməklə məşğuldurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB