Vaşinqtonla Tehran arasında İranın nüvə proqramına dair danışıqların başlaması barədə razılaşmanın əldə olunması haqqında yayılan xəbər yalandı
"New York Times" qəzetinin Vaşinqtonla Tehran arasında İranın nüvə proqramına dair danışıqların başlaması barədə razılaşmanın əldə olunması haqqında yaydığı xəbəri ABŞ prezidenti Barak Obama administrasiyası təkzib edib.
Bir qədər əvvəl "New York Times" qəzeti bildirmişdi ki, İran ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkilərindən sonra nüvə proqramına dair ABŞ administrasiyası ilə danışıqların aparılmasına razıdır.
Vaşinqton iddia edir ki, İran gizli olaraq nüvə silahı hazırlayır. İran nüvə proqramının dinc xarakterli olduğunu israr edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB