Yeni hökumətə 85 yer ayırılıb

Gürcüstanın yeni parlamenti ilk iclasına başlayır
Yeni hökumətə 85 yer ayırılıb

Gürcüstanın yeni parlamenti ilk iclasını bu gün keçirəcək. Artıq ölkə başçısı Mixail Saakaşvili öz partiyasının müxalifətə keçdiyini bildirib. M.Saakaşivilinin "Vahid Milli Hərəkatı"nda 65, onun rəqibi Bidzina İvanişvili və "Gürcü arzusu"na isə 85 yer verilib.

Deputatların sayı seçkilərin nəticələrinin yekunundan sonra tam bəlli olub. Bu isə iki gün bundan öncə baş tutub. Gürcüstan Mərkəzi Seçki Komissiyası B. İvanişvili və onun komandasının qələbəsini təsdiq edib.

Parlamentin ilk iclası Kutaisidəki yeni binada keçiriləcək. Lakin bir sıra KİV-in yazdıqlarına görə, həmin binanın təmiri tam başa çatmayıb. Parlamentin yenidən paytaxt Tiflisə qaytarılması da istisna edilmir. Mətbuatda Rusiyayönümlü siyasətçi hesab edilən Bidzina İvanişvilinin baş nazir postuna namizədliyi artıq irəli sürülüb. Onun yenilədiyi hökumətin tərkibi və proqam bu gün yeni parlament tərəfindən təsdiqlənəcək.

Gürcüstanda prezident seçkisi gələn il keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə