Qəzzadakı blokadanı aradan qaldırmaq və bölgədəki insanlara humanitar yardım aparan "Estelle" gəmisi İsrail donanması tərəfindən Aşdod limanına gətirilib. "Estelle"yə heç bir İsrail gəmisinin müşaiyət etməməsi dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, gəmidə olan 30 nəfərin İmiqrasiya idarəsinə göndərildiyi və sabahdan etibarən ölkənən çıxarılması üçün işlərə başlayacaqları bildirilir.
Xatırladaq ki, İsrail hökuməti bundan öncə Türkiyədən hərəkət edən "Mavi Mərmərə" gəmisini silahlı hücumla saxlamışdı. Bu hadisədən sonra iki ölkə arasında vəziyyət hələ də gərgin olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB