İran və ABŞ İslam ölkəsinin nüvə proqramı ilə bağlı təkbətək danışıqlar aparmaq barədə razılıq əldə edib. Məlumat "The New York Times" Amerika administrasiyasının nümayəndəsinə əsasən yayıb. "İran rəsmiləri danışıqların ABŞ-da keçiriləcək prezident seçkisinə qədər keçirilməməsini təkid edirdi... Onlar danışıqların məhz kimlə aparılmalı olacağını bilmək istəyirlər",- deyə qəzet yazıb.
Amerika Birləşmiş Ştatlarında isə prezident seçkiləri bu ilin noybarın 6-da keçiriləcək. Hazırda Amerikada prezidentlik uğrunda iki namizəd -hazırkı dövlət başçısı Barak Obama və Massaçusetsin keçmiş qubernatoru Mitt Romni mübarizə aparır. Bazarertəsi, oktyabrın 29-da seçkilərlə bağlı liderlərin sonuncu debatı keçiriləcək və həmin debatda ABŞ-ın xarici siyasət istiqamətləri müzakirə olunacaq.
Bəzi ekspertlər İranın bu deabtlara 2 sutka qalmış danışıqlara aparmağa hazır olduğunu bəyan etməsini təsadüfi hesab etmirlər. Onlar hesab edirlər ki, prezident Baraka Obama deyə bilər ki, onun İranın nüvə proqramı ilə bağlı problemə yanaşması özünü doğrultdu.
Lakin bütün bu deyilənləri Amerika Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti təkzib edib. İranla heç bir razılığın əldə olunmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB