Bir zəlzələ daha

Bu gün İranın Şiraz şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, bu barədə İran mətbuatı xəbər yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 01:43-də qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, zəif zəlzələlər ölkədə demək olar ki, hər gün baş verir.

Məlumat üçün bildirək ki, bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500-ə yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Son illər ərzində ən dağıdıcı zəlzələ 2003-cü ildə Bam şəhəri yaxınlığında olub. Həmin zəlzələdə 26 mindən artıq insan həlak olub, yüz minlərlə adam evsiz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə