Suriyada gün ərzində 175 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda İngiltərədə yerləşən Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumat yayıb. Nəticələrə görə, dünən təkcə Suriyanın paytaxtı Dəməşqdə döyüşlər nəticəsində 51 nəfər həlak olub.
Təşkilat İdlib şəhərində 25, Hələbdə 19, Humsda 14, Deyruz-Zorda 46, Rakka və Deraa şəhərlərinin hər birində 7, Lazkiyədə 3, Hamada 2 və Kuneytrada 1 nəfərin həlak olduğunu bildirib. Bununla da Suriyada gün ərzində həlak olanların sayı 175-ə çatıb.
Məlumata görə, döyüşlərdə artilleriya və aviasiyadan istifadə olunur, dağılmış evlərin altında qalmış yaralıların sayı isə yüzlərlədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB