Avropa İttifaqı Nobel mükafatını almaq üçün özünün 3 liderini birdən göndərəcək. SİA-nın məlumatına görə, onlar Avropa Komissiyasının sədri Joze Barrozunu, Avropa Şurasının prezidenti Herman Van Pompeyi və Avropa Parlamentinin sədri Martin Şultsu olacaq.
Aİ təmsilçiləri bildirirlər ki, mükafatı Avropanın 3 əsas insitutunun rəhbərlərinin alması qərarı yekdilliklə qəbul edilib. Mükafatın təqdimolunma mərasimi dekabrın 10-da Osloda olacaq. Lakin 3 liderdən hansının təntənəli nitq söyləyəcəyi hələlik məlum deyil. Adətən bunu bir nəfər edir. Həmçinin Aİ mükafatın ekvivalenti olan 1,15 milyon avronun hara xərclənəcəyini də müəyyənləşdirməyib. Bu pulların xeyriyyəçiliyə sərf ediləcəyi daha çox güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB