Afinada vəziyyət gərgindir

Afinadakı iğtişaşlar zamanı 100-dən insan saxlanıb. Bu barədə yerli polis məlumat verib.

Hadisələrin gedişində 6 mülki şəxs və 3 polis nəfəri yaralanıb. Yerli telekanalların məlumatına görə, bir nümayişçi ürək tutmasından keçinib.

On minlərlə nümayişçinin iştirak etdiyi aksiya Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun kreditlərinin əvəzində xərclərin azaldılmasına qarşı keçirilib. Bir qrup nümayişçi polislərə daş və içərisində yandırıcı qarışıq olan şüşələr atıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com