Ermənistanın "Metsamor" atom elektrik stansiyasının (AES) istismar müddəti 10 il uzadılıb. SIA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika naziri Armen Movsisyan deyib.
Bu gün iqtisadi məsələlər üzrə Ermənistan-ABŞ hökumətlərarası komissiyanın iclasının yekununa dair Ermənistanın energetika naziri və ABŞ-ın bu ölkədəki səfiri Con Heffern anlaşma memorandumu imzalayıblar. Sənəddə iki ölkənin atom enerjisi sahəsində əməkdaşlığı qeyd edilir.
ABŞ səfiri bildirib ki, bu sahədə Ermənistanla əməkdaşlıq edirlər. Onun sözlərinə görə, ABŞ əlindən gələni edir ki, stansiyanın fəaliyyəti tam təhlükəsiz olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB