"Armavia" iflas astanasında

Ermənistan əksər sahələrdə olduğu kimi avia daşınma sahəsidə tənəzzülə uğramaqdadır. 1996-cı ildə yaradılan və Ermənistanın ən böyük avia şirkəti olan "Armavia" 2008-ci ildən bəri iqtisadi çətinliklərin məngənəsində boğulur. İşçilərin maaşları uzun müddətdir ödənmir.

Ermənistanda yerləşən "Zvarnost" beynəlxalq hava limanı "Armavia" şirkəti ilə işləməkdən imtina edib. Buna səbəb şirkətin 3,36 milyon dollar həcmindəki borcunu ödəyə bilməməsidir. Verilən açıqlamaya görə şirkətlə əməkdaşlıq müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, "Armavia"nın səhmlərin çox hissəsinə sahib iş adamı Mixail Baqdasarova məxsusdur. O, sentyabr ayında şirkətin iflasın astanasında olduğunu və satışa çıxarıldığını bildirmişdi.

Avropa və Rusiya şirkətlərinin maraqlandığı "Armavia"nın kimə satılacağı hələlik bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə