Jurnalist qaçırıldı

Ukraynalı jurnalist Suriyanın Xums şəhərindən 20 km aralıda yerləşən Əl-Küseyr qəsəbəsindən qaçırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı jurnalist Anhar Kançeva "Utro.ua" xəbər agentliyində işləyirmiş. Kançeva 22 sentyabrda Suriyaya gəlmişdi. Ondan alınan son məlumat isə 10 oktyabr tarixində mesajla qaçırıldığını deməsi olub.

Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Anhar Kançevanın qaçırıldığı təsdiqlənib. Prezident Viktor Yanukoviç tərəfindən isə jurnalistin tapılması üçün şəxsən təlimat verilib.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə