İkinci teledebat prezidentin xeyrinə nəticələndi
ABŞ prezidenti Barak Obama prezident seçkisi öncəsi keçirilmiş teledebatların ikinci raundunda respublikaçılardan olan rəqibi Mitt Romni üzərində qələbə qazanıb. CNN-in hesablamalarına görə, hazırkı dövlət başçısına seçicilərin 46 faizi səs verib. M.Romni 39 faiz seçici etimadını qazana bilib.
Qeyd edək ki, ilk teledebatda B.Obama rəqibinə məğlub olmuşdu.
Onu da deyək ki, ABŞ-da prezident seçkisi noyabrın 6-da baş tutacaq. Prezidentliyə namizədlərin üçüncü və sonuncu teledebatı isə oktyabrın 22-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB