Gürcüstanda son parlament seçkilərinin qalibi olan "Gürcü arzusu" siyasi blokunun lideri Bidzina İvanişviliyə Gürcüstan vətəndaşlığı qaytarılıb. "Georgia Online" saytının verdiyi məlumata görə, bu gün prezident Mixail Saakaşvili müvafiq sərəncam imzalayıb.
Prezidentin mətbuat katibi Manana Mancqaladze bildirib ki, İvanişviliyə Gürcüstan vətəndaşlığının qaytarılması haqqında sərəncam Fransa vətəndaşlığına xitam verildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, İvanişvili 2011-ci ildə Saakaşviliyə qarşı müxalif cəbhə yaratdığı üçün Gürcüstan vətəndaşlığından məhrum edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB