Qiymətli tablolar oğurlanıb

Hollandiyanın Rotterdam şəhərindəki muzeydə sərgilənən qiymətli tablolardan bəziləri oğurlanıb. SİA-nın Türkiyə mətubatına istinadan verdiyi məlumata görə, şəhər polisi oğurluq hadisəsi ilə bağlı araşdırma apardığı zaman muzeydən neçə tablonun oğurlanması barəsində ictimaiyyətə məlumat verməyib. Baş vermiş oğurluq hadisəsini təsdiqləyən muzey rəhbərliyi sərginin muzeyin 20-ci ildönümünə həsr olunduğunu bildirib.

Qeyd edək ki, sərgilənən əsərlər arasında Pablo Picasso, Salvador Dali, Vincent van Gogh və Piet Mondrian kimi məşhur rəssamların əl işləri də olub.

Ömər Xıdırov

Bütün xəbərlər Facebook səhifəmizdə