Təbii fəlakət nəticəsində şəhid oldular?!

Təbii fəlakət nəticəsində şəhid oldular?!

Afyonkarahisarda silah anbarında baş verən patrlayışda şəhid olan 25 hərbiçinin ailələrinə Quru Qoşunları Komandanlığı tərəfindən göndərilən yazıda şəxsin "vəzifə başında təbii fəlakət nəticəsində şəhid" olduğu bildirilib. Səbəbi məlum olmayan partlayışda şəhid olan 25 hərbiçinin yaxınları verilən qərara qarşı çıxıblar.

Bu vəziyyətdə vəzifə başında şəhid olan hərbiçilər "Terrorla Mübarizə Qanunu"-nun müddəalarından kənarda qaldıqları üçün onların ailə üzvlərinə əlavə olaraq iş verilməyəcək. Qanuna görə müdəalar yalnız hərbiçinin terrorla mübarizə apardığı zaman şəhid olarsa tətbiq olunur.

Qeyd edək ki, şəhidlərin ailələrinə 3 min TL (1 500 manat) təzminat ödənildiyi bildirilib. Şəhid hərbiçilərə "Məhmədcik Fondu" da 30 min TL (15 000 manat) ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə