ABŞ dövlət katibi Hillari Klinton ölkənin Liviyadakı səfiri Kris Stivensin öldürülməsinə görə məsuliyyətin bir qismini də özünün daşıdığını bəyan edib. SİA-nın məlumatına görə, bunu CNN-ə müsahibə verən H. Klinton deyib.
Dövlət katibi bunu Benqazidəki diplomatik nümayəndəliyin təhlükəsizliyini lazımi şəkildə təmin edə bilməməsi ilə əlaqələndirib. Bununla yanaşı, ABŞ Dövlət Departamentinin rəhbəri maraqlı etiraf edib.
Onun sözlərinə görə, həmin ölkədəki əməkdaşların riskə məruz qalıb-qalmadıqlarına nəzarət etmək xarici siyasət idarəsinin işidir, lakin bu idarənin rəhbəri kimi həmin məsuliyyətin öhdəsindən gələ bilməyib: "ABŞ prezidenti səfirliklərin əməkdaşlarının təhlükəsizliyi ilə bağlı məsələləri Dövlət Departamentinə tapşırır. Buna görə də, Barak Obamanı baş verənlərə görə günahlandırmaq doğru deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB