İstanbulda Taksim metro stansiyasının relsinə düşən qadın elə hadisə yerindəcə keçinib. Hacıosman-Taksim stansiyaları üzrə hərəkət edən qatar Taksimə çatan zaman, hələlik şəxsiyyəti məlum olmayan qadın relsə düşüb. Qatar təcili dayandırılsa da, artıq gec olub. Baş verən hadisəyə görə, qarafiklə işləyən qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə şahidləri qadının intihar etdiyini bildiriblər.
Qeyd edək ki, Bəyoğlu qəsəbəsi Polis Bölməsi hadisənin baş vermə səbəblərini araşdırmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB