Şotlandiyada müstəqillik üçün referendum keçiriləcək
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının parçalanma astanasındadır. Belə ki, Britaniya baş naziri Devid Kemeron və Şotlandiya Administrasiyasının birinci naziri Aleks Salmond Edinburqda baş tutan görüşdən sonra Şotlandiyada 2014-cü ilə kimi referendumun keçirilməsi nəzərdə tutan sazişi təsdiqləyib.

Rəsmi London və Edinburq arasında artıq bir neçə həftədir ki, müstəqillik səsverməsinin detalları ilə bağlı danışıqlar gedir. Hələlik tərəflər referendumun dəqiq tarixi və rəsmiyyətləri barədə razılığa gəlməsə də, səsvermənin 2014-cü ilin sonuna kimi keçiriləcəyi dəqiqdir.
Edinburq sövdələşməsi ilə referendumla bağlı formalitələr Şotlandiya hökümətinin səlahiyyətinə verilib. Şotlandiyanın birinci naziri bu sazişin ölkəsi üçün müstəqillik istiqamətində tarixi gün olduğunu deyib Britaniyalı baş nazir isə, Devid Kemeron referendumum ədalətli keçməsini üçün əlindən gələni edəcəyini bəyan edib.
"Mən hər zaman Şotland xalqına ehtiram göstərmək istəmişəm. Onlar referendum keçirmək istəyən partiyaya səs verdilər, mən bu referendum baş tutması üçün imkan yaratdım. Onun həlledici, qanunu və ədalətli keçməsi təmin ediləcək", - deyə Devid Kemeron bildirib.
Hər iki tərəf Birləşmiş Krallığın konstitusyon aqibətini müəyyənləşdirəcək səsvermədə qələbə qazanacaqlarını iddia edir. Qeyd edək ki, Şotlandlar müstəqil olmağı qərara alacaqları təqdirdə İngiltərə ilə 300 il tarixi olan ittifaq sona çatmış olacaq.

Müstəqillik tarixi: 2016
Salmond müsətqillik ili kimi 2014-ü göstərib. "Şübhəsiz ki, öz gələcəkləri barədə ən doğru qərarı Şotlandiyada yaşayanlar verəcək", – deyən Salmond, referendumda "hə" cavabı çıxacağı təqdirdə 2016-cı ildə müstəqil Şotlandiyanın ilk parlamentinin Edinburqda toplanacağını deyib.
İngiltərə hökumətindən Salmondun açıqlamalarına görə, rəsmi xəbərdarlıq gəlməsə də, xüsusilə referendumda soruşulması nəzərdə tutulan sualın "yönləndirici" olduğuna dair müxtəlif tənqidlər səsləndirilib. Şotlandiyada müxalifətdəki Fəhlə Partiyasından olan millət vəkili Elisteyr Darlinq referendumdakı sualda "Birləşmiş Krallıq" sözünün keçməməsini tənqid edərək, "Salmond insanları müstəqillik üçün yönləndirir", -deyə tənqid edib.
Şotlandiyanın müstəqillik istəyi İngiltərəni xeyli narahat edir, Baş nazir Devid Kameron "Şotlandiya ilə daha güclüyük, bir-birimizdən ayrılsaq zəifləyərik", – deyib.
İngilislər nə düşünür?
İngiltərə ilə Şotlandiya arasında referendumun tarixi və tətbiqi barədə fikir ayrılıqları var. Sorğular göstərir ki, Şotlandiya əhalisinin 30-40 faizi müstəqillik ideyasını dəstəkləyir. Buna görə də İngiltərə referendumun tez keçirilməsini və müstəqilliklə yanaşı, başqa sualların da verilməsini istəyir.
Şotlandiyalılar isə referendum tarixinin gec olmasında israrlıdırlar. 2014-cü il həmçinin İngiltərə ilə Şotlandiya arasındakı "Bannockburn" müharibəsinin 700-cü ilinə təsadüf edəcək və buna görə də simvolik məna daşıyır.
İngiltərə: Bu iş məhkəmədə bitəcək
London rəsmi icazə olmadan Şotlandiyanın referenduma gedə bilməyəcəyini deyir. Məsələylə bağlı London ilə Edinburq arasında görüşlər keçiriləcəyi və bu anlaşılmazlığın məhkəmədə bitəcəyi bildirilir.
"16 yaşlılar da səs versin"
Aleks Salmondun ingilislərlə daha bir fikir ayrılığı səs verəcək şəxslərin yaşıyla bağlıdır. Britaniyada seçkilərdə iştirak hüququ rəsmi olaraq 18-dir, Salmond isə referendumda 16 yaşlıların da səs verməsini istəyir.

300 illik birlik
İngiltərə və Şotlandiya 1707-ci ildə "İttifaq müqaviləsi" imzalayaraq, "Birləşmiş Krallıq" adıyla bir bayraq altında toplanmışdılar.
Qara qızıl Şotlandların əlindədir
İngiltərə və Şotlandiyanın ayrılmasının Britaniya iqtisadiyyatına ciddi təsirinin olacağı gözlənilir. Gündə 2.2 milyon ton barel neft çıxaran Britaniya, bu göstəriciyə görə Avropada ikinci yerdə qərarlaşıb. Ancaq Şotlandiya müstəqil olarsa, neft və təbii qaz ehtiyatlarını 90-faizi şotlandların əlində qalacaq, çünki təbii ehtitatlar Şotlandiya ərazisindədir.
40 milyonluq xalq
Şotlandiyanın hal-hazırda əhalisi 5.5 milyon civarındadır, amma bütün dünyada 40 milyon şotlandın yaşadığı güman edilir. Təkcə ABŞ-da 9.5 milyon şotland əsilli əhali var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB