Rusiya Türkiyəyə haqq verdi

"Düşünürəm ki, Türkiyə Suriya ilə bağlı məsələdə Çikaqo müqaviləsi çərçivəsində nəzərdə tutulan öhdəliklərə görə bu addımı atıb. Buna da haqqı çatır". SİA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir iki ölkə arasında böhran və Ankarada hava limanında endirilən Suriya təyyarəsi ilə bağlı açıqlama verib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində bununla bağlı yazı dərc olunub. Lavrov, Türkiyədən ən qısa zamanda hadisənin səbəbləri ilə bağlı açıqlama istədiklərini bildirib. O, təyyarədən çıxarılan yükün sahibinin öz mallarını geri istəyəcəyini də deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə