Rusiyadan Avropaya gözdağı

Rusiyanın Müdafiə Nazirliyi ölkənin cənub sərhədlərini cari ilin sonuna qədər yeni nəsil S-400 "Triumf"mərmi müdafiə sistemlər ilə əhatə edəcəyini bildirib. NATO-nun sayəsində Avropanın müdafiə sisteminin güclənməsindən ehtiyat edən Moskva hərbidə modernləşmə işlərini sürətləndirib. Müdafiə nazirliyinin cənub region üzrə nümayəndəsi İqor Qorbul jurnalistlərə verdiyi açıqlamada: "Modernləşmə proqramı çərçivəsində hərbi hava quvvələrində cənub regionunda yerləşən S-300PM-lərin yerini S-400 mərmi müdafiə sistemləri tutacaq", - deyib.

Qeyd edək ki, S-400 mərmi müdafiə sistemləri ilə əlaqədar son testlər Həştərxan şəhərində həyata keçirilib. Bu sistem hər növ kəşviyyat və hücum təyyarələrinə, mərmilərə qarşı dayanıqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə