Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində Taliban terrorçularının polis bölməsinə hücumu nəticəsində 6 polis ölüb, 12 polis isə yaralanıb. SİA-nın Türkiyə mətubatına istinadan verdiyi xəbərə görə, polis məntəqəsinə edilən hücumda 300-ə qədər Taliban terrorçusu iştirak edib. Bölmədə qarşıdurmanın iki saat davam etdiyi bildirilib.
Qeyd edək ki, Pakistanın Təhlükəsizlik Qüvvələri bölgədə terrorçuları məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
Ömər Xıdırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB