Ermənistan təyyarəsinin məcbur edilərək Türkiyə hava limanına endirilməsinin səbəbləri məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Xarici İşlər Nazirliyi bu barədə rəsmi açıqlama yayıb.
Təyyarənin uçuş heyəti Suriyaya humanitar yardım daşındığı haqda məlumat verib. Türkiyə hökuməti təyyarədə hər hansı şübhəli yük aşkarlanmasa təyyarənin Suriyaya gedişinə icazə veriləcəyini bəyan edib.
"Türkiyəyə əvvəlcədən Ermənistan tərəfindən təyyarənin Suriyaya humanitar yardım daşıdığı bildirilmişdi. Buna görə də təyyarədə axtarışların aparılması qarşı tərəf üçün gözlənilən idi",- deyə XİN-dən verilən açıqlamaya əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB