Qana Respublikasının Asante vilayətinin 11-ci karalı Osei Kofu Tutunun Norveçə rəsmi ziyarəti zamanı Oslo şəhərində qaldığı oteldə tacının, xüsusi geyiminin və digər zinət əşyalarının olduğu çanta oğurlanıb.
Ötən həftə Oslodakı "Radisson Blu Plaza" otelinə gedən Kralın çantasının dəhlizdə oğurlandığı bildirilib. Xüsusi libası oğurlandığına görə Kral iştirak edəcəyi konfransa rəsmi iş geyimilə getməli olub. Hadisə 2 ölkə arasında diplomatik böhrana səbəb olub. Oğurluqla əlaqədar Oslo şəhərinin polis əməkdaşları axtarışa başlayıblar. Kralın katibi Kofi Ovusu Boateng: "Bizim adətlərimizi bilən hər kəs tacın və zinət əşyalarının necə dəyərli olduğunu bilir"- deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB