Ermənistan təyyarəsi məcbur endirildi FOTO

Ermənistan təyyarəsi məcbur endirildi FOTO

Ermənistana məxsus yük təyyarəsində axtarış aparılması üçün F-16" qırıcı təyyarələrinin müşayiəti ilə Ərzurum hava limanına enməyə məcbur edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərzurum polisi də faktı təsdiqləyib. Təyyarədə axtarış aparıldığı bildirilir. Təyyarənin hansı marşrutla hərəkət etdiyi və hansı səbəbdən yerə enməyə məcbur edildiyi haqda isə hələlik açıqlama verilməyib. İlkin ehtimallara görə, Ermənistana məxsus təyyarə ilə Suriyaya hərbi yük daşına bilər.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə təyyarənin Ermənistandan Suriyanın şəhəri olan Hələbə getdiyi bildirilib.

Qeyd edək ki, ötən həftə Suriyaya məxsus sərnişin təyyarəsi Türkiyə hərbi təyyarələri tərəfindən Ankara hava limanına enməyə məcbur edilmişdi. Təyyarədə axtarış aparıldıqdan sonra hərbi xarakterli yük aşkarlandığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə