BMT və Suriya xüsusi təmsilçisi Əhdar İbrahimi liə görüşən İran xarici işlər naziri Əli Əkbər Salehi Suriya problemini həll etmək üçün qeyri-rəsmi plan hazırladıqlarını bildirib. Görüşdən sonra mətbuat konfransı keçirən Salehi hazırlanan planı Türkiyə, Misir və Səudiyyə Ərəbistanına göndərəcəklərini deyib.
Salehi həmçinin Suriya münaqişəsinin həll edilməsi üçün ən yaxşı planları hazırlamaq və qəti addımlar atmaq lazım olduğunu və Misir,Türkiyə və İranın bu məsələdə bir-bir-lərinə köməyinin vacib olduğunu bildirib. O, çıxışında Suriyanın zor tətbiq etməkdə səhv addım atdığını da bildirib.
BMT və Suriya xüsusi təmsilçisi Əhdar İbrahimi isə öz növbəsində İranın bu məsələdə atdıığı addımları təqdirəlayiq hal hesab etdiyini və problemin həll edilməsi üçün Suriya hökumətinin ciddi islahatlar keçirməsinin vacibliyini vurğulayıb.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB