“Mariott” hoteli yandı

İrəvanın mərkəzindəki "Mariott" hotelində yanğın baş verib. 1in.am saytının verdiyi məlumata görə, yanğına İrəvanın 2794 illiyi münasibətilə hotelin yerləşdiyi Respublika meydanında təşkil edilən atəşfəşanlıq səbəb olub. Yanğının qarşısı alınıb.

Bundan bir qədər sonra isə Ermənistanın Rabitə və Nəqliyyat Nazirliyinin binasında yanğın başlayıb. Yanğınsöndürənlər bu yanğını da söndürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə