Suriya dinc dayanmır

Türkiyə və Suriya arasında gərgin vəziyyət davam edir. Türkiyə Suriya təyyarələri üçün hava məkanını bağladıqdan sonra Dəməşq də eyni addımı atıb. SİA-nın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus mülki təyyarələrin Suriya hava məkanında uçmasını qadağan etdiyini bəyan edib.

Suriya mətbuatının yaydığı xəbərdə bildirilib ki, bu qərar Türkiyənin Suriyaya məxsus sərnişin təyyarəsini Esənboğa hava limanında yerə endirməsinə cavabdır.

Bütün xəbərlər Facebook səhifəmizdə