Prezident vuruldu

Mavritaniya prezidenti Məhəmməd Vələd Əbdüləziz paytaxt Nuakşot yaxınlığında öz əsgərləri tərəfindən vurulub. Səhvən açılmış atəş nəticəsində prezidentin qolundan yaralandığı bildirilir. Hazırda ölkə başçısı Nuakşot dövlət xəstəxanasında müalicə olunur. Hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsə də, qonşu ölkə Malidə fəaliyyət göstərən Əl-Qaidə terror şəbəkəsi ilə əlaqəli olan qruplaşmanın sui-qəsd cəhdi də istisna olunmur.

Xatırladaq ki, bu quruplaşmanın təşkil etdiyi bir çox terror aktından sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə