İsrail yenidən Qəzza zolağına aviazərbə endirib. Qəzza zolağının qərbindəki Cabaliyə şəhərinə endirilmiş aviazərbə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. İsrail ordusunun rəsmiləri aviazərbə barədə məlumatları təsdiqləyib və onun hədəfinin "Əl-Qaidə" ilə əlaqəli "Mücahidlər Şurası" adlı qruplaşma olduğunu bildiriblər. İsrail tərəfi aviazərbə nəticəsində ölən şəxsin elə həmin qruplaşmanın üzvü olan döyüşçü olduğunu bildirir.
Qəzza zolağında isə ölənin döyüşçü deyil, din xadimi olduğu bildirilib. Yerli hökumətin məlumatına görə, öldürülən Hişam Səidni adlı şəxs sələfi dini lideri idi. İsrail aviazərbənin bu cümə İsrailin cənub hissəsinə Qəzza zolağından fələstinli döyüşçülər tərəfindən atılmış reaktiv mərmiyə cavab olduğunu bəyan edir.
Qeyd edək ki, İsrail və Qəzza sərhədində aviazərbə halları son bir həftə ərzində artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB