Məsud Bərzani kürdlərə: “Silahlarınızı buraxın”

Məsud Bərzani kürdlərə: “Silahlarınızı buraxın”

İraqın şimalında qurulan Kürd Bölgəsinin rəhbəri Məsud Bərzani demokratik və barış üçün Türkiyə, Suriya, İran və İraqdakı kürd qruplarını silahı buraxmağa çağırıb. SİA-nın Türkiyə qaynaqlarına istinadən verdiyi məlumata görə, Bərzani Ərbildə təşkil edilən Dünya Kürd Konqresinin açılış mərasimində etdiyi çıxışında illərcə zülmə məruz qaldıqlarını, bütün etnik ünsürlər kimi gələcəklərini təyin etmənin özlərinin də haqqı olduğunu ifadə edərək: "Hədəflərimizi reallaşdırmaq üçün silahlı mübarizənin zamanı keçdi. Parlament kimi demokratik kanallar və dialoq yolu ilə barışçı bir mübarizə yolunu tutmalıyıq", - deyib.

Suriya, İraq və Türkiyədəki kürdlərin də daim yanında olduqlarını ifadə edən Bərzani: "Haqqlarımızı silah gücü ilə tələb etməkdən imtina etməliyik. Əks halda beynəlxalq ictimaiyyətin də dəstəyini ala bilmərik", - deyə bildirib.

Bərzani, İraqın şimalında yaşadıqları təcrübələri xatırladaraq: "Səddam Hüseyn dövründə Şimali İraqda itən 180 min vətəndaşımızın aqibətini hələ bilmirik", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə