Türkiyə yenə vizasız rejim tətbiq edir. SİA-nın türk mətbuatına görə, bu dəfə adıçəkilən ölkə Moldova arasında olan viza rejimini ləğv edəcək.
Moldovanın baş naziri Vlad Filat 2013-cü ildən etibarən hər iki ölkə arasında viza rejiminin ləğv ediləcəyini bildirib. Noyabrın 1-də Türkiyəyə səfər edəcək V. Filat Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla məsələnin həlli istiqamətində saziş imzalayacaq.
Bununla yanaşı, hər iki ölkə arasında sərbəst şəkildə ticarət etmək üçün aparılan müzakirələr də öz həlli tapmaq üzrədir. Belə ki, gələn ilin sonunda bu məsələ ilə bağlı sazişin imzalanması da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB