Ötən gün Suriyada 155 nəfər ölüb

Ötən gün Suriyada 155 nəfər ölüb

Suriyanın paytaxtı Dəməşqin mərkəzində - təhlükəsizlik xidməti və hərbi idarənin yerləşdiyi ərazidə ötən gün güclü partlayış baş verib. "Əhvad əl-Rəsul" və "Ənsar əl-İslam" qruplaşmaları birgə bəyanatlarında bildiriblər ki, partlayıcı qurğunun onların üzvləri işə salıblar. Suriya dövlət televiziyası hadisəni terror aktı adlandırıb və məlumat verib ki, iki nəfər yaralanıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, ötən gün Suriyada azı 155 nəfər zorakılıqların qurbanı olub. Onlardan 62-si hərbçi, 51-i mülki şəzs, 42-si ilə üsyançıdır. Ölkənin şimalındakı Maaret-əl-Numan şəhəri ətrafında gərgin döyüşlər gedib. Üsyançıların sözlərinə görə, üç gün ərzində bu şəhərdə 300-ə yaxın adam ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə