Pakistanın Bəlucistan əyalətinin Sibi bölgəsində partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 8 nəfər ölüb, 16-sı isə ağır yaralanıb. Polis partlayışın Niştar yolunda baş verdiyini və məsuliyyəti hələlik heç bir qruplaşmanın öz üzərinə götürmədiyini qeyd edib.
Qeyd edək ki, partlayış nəticəsində ətrafdakı tikililərə və nəqliyyat vasitələrinə ziyan dəyib. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB