Türkiyə daha bir ölkə ilə vizasız rejim tətbiq edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəfə adıçəkilən ölkə ilə Misir arasında viza rejimi ləğv ediləcək. Bunu Misirin turizm naziri Hişam Zaazu açıqlamasında deyib.
O bildirib ki, viza rejiminin ləğv edilməsi bir neçə ay ərzində həll olunacaq: "Viza rejiminin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Bir neçə ay ərzində hər iki ölkə arasında vizasız rejimin tətbiq edilməsinə nail ola bilərik".
"Bu addımı atmaqla türk turistlərinin İstanbuldan Ankaraya getdiyi kimi Misirin paytaxtı olan Qahirəyə, o cümlədən də bir çox şəhərlərinə gəlməsini istəyirik. Sadəcə iki saat müddətində Misirə gəlmək mümkündür. Ölkəmizə gəlib dadını çıxarın. Misirdə hər kəs sizi gözləyir, çünki biz qardaş ölkələrik",- deyə H. Zaazu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB