Obamanın şansı 45%-dir

Türkiyənin Barem Research səsvermə şirkətinin 32 ölkədə 26 min insan arasında apardığı araşdırmaya görə, əgər dünya üzrə səsvermə keçirilsə Barak Obama 81% səslə qalib gələr. Cümhuriyyətin namizədi Mitt Romneyi isə yalnız 19% səs toplayar. Türkiyədə isə Obamaya dəstək olanlar 94% təşkil edər. Lakin aparılan son araşdırmalara görə, ABŞ-da Obama üçün prezident seçilmək şansı cəmi 45% olub. Romney isə 49% səslə irəliyə keçib.

Araşdırma zamanı ABŞ-da keçiriləcək prezident seçkilərində dünya əhalisinin 42% səsvermədə iştirak edtmək istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə