İraqın baş naziri Türkiyəni ittiham edib

"Allah bizi Liviya ssenarisinin təkrarlanmasından qorusun"
İraqın baş naziri Türkiyəni ittiham edib

İraqın baş naziri Nuri Əl Maliki Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra rus jurnalistlərə verdiyi açıqlmada Türkiyəyə qarşı sərt danışıb. Türkiyəni Suriya siyasətinə qarışmaqda və bu istiqamətdə hərəkətlər etməkdə günahlandırıb: "Dünya millətləri Türkiyəni bu hərəkərlərinə görə dayandırmalıdır".

Maliki deyib ki, Suriya heç vaxt Türkiyəni şantaj etməyib. NATO-nun Suriyadakı böhrana qarışmamasını qeyd edən baş nazir: "Baş verən böhrandan istifadə edib müharibə çağırışları etmək və bununla əlaqədar isə NATO-nu Türkiyəyə yardım etməyə səsləmək düzgün deyil. Allah bizi Liviya ssenarisinin təkrarlanmasından qorusun, yoxsa bu vəziyyət çox təhlükəli ola bilər. Hazırda Türkiyəni narahat edəcək heç bir vəziyyət yoxdur", - deyib. Malikinin fikrincə, NATO Suriyaya müdaxilə etsə müharibə bütün rügionu əhatə edəcək.

Türkiyə və Suriya arasında baş verənlərə sərt münasibət bildirən baş nazir: "Biz Türkiyənin siyasətinin səhv olduğuna inanırıq. Türkiyənin bölgə üzrə yeritdiyi siyasət xüsusilə bölgənin təhlükəsizliyini riskə atır", - deyib.

Baş nazir Suriyanın daxilində baş verənlərə də münasibət bildirib. Onun sözlərinə görə, sülh əldə olunduqdan sonra Suriya xalqı hakim rejimə qarşı necə hərəkət edəcəyini özü seçməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə