Türkiyə Suriya təyyarəsini buraxdı

Türkiyə Suriya təyyarəsini buraxdı

Təyyarənin yükü isə araşdırmalar üçün müsadirə edilib

Türkiyədə saxlanılan Suriya hava yollarına aid sərnişin təyyarəsinin uçuşuna icazə verilib. Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sərnişinlərin zərər görməməsi üçün uçuşa icazə verildiyini, təyyarədə olan bəzi avadanlıqların isə araşdırmalar üçün müsadirə edildiyini deyib. "Bir az əvvəl təyyarənin yükü barədə bizə dəqiq məlumatlar verildi. Baş nazirlə məsləhətləşdik və sərnişinlərin yola davam etməsini qərarlaşdırdıq. Təyyarədə olan bəzi avadanlıqlar isə isə incələmək üçün saxlanııb. Biz hesab edirik ki, bu avadanlıqlar mülki aviasiyanın tələblərinə cavab vermir. Daha əvvəl hərbi uçuşlar üçün qoyduğumuz məhdudiyyətlıər vardı. Bundan sonra bu kimi hallarda eyni proses təkrarlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə