Rusiya Türkiyədən izahat tələb etdi

Rusiya Türkiyədən izahat tələb etdi

Rəsmi Moskva göyərtəsində Rusiya vətəndaşlarının olduğu Suriya təyyarəsinin Ankarada saxlanması ilə bağlı Türkiyədən izahat tələb edib. İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-dən bildirilib. Təyyarədə 17 Rusiya vətəndaşının olduğu ehtimal edilir.

"Ankaradakı Rusiya səfirliyi Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaradıb və baş verənlərin təfərrüatı ilə bağlı izahat tələb edib", - XİN-dən deyiblər. Rusiyalı konsullar Ankara hava limanına yollanıblar və bu ölkənin vətəndaşları ilə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə