ABŞ-da Bin Ladenin Pakistandakı evinin “əkizi” tapıldı

ABŞ-da Bin Ladenin Pakistandakı evinin “əkizi” tapıldı

Peyk çəkilişləri zamanı ABŞ-nin Şimali Karolinadakı Harvi-Poynt hərbi bazasında mülki obyekt aşkarlanıb. Ehtimal olunur ki, Mərkəzi Kəfiyyat İdarəsinin əməkdaşları "Əl-Qaida"nın lideri Üsamə Bin Ladenin öldürülməsi əməliyyatını burada məşq ediblər.

Bu yeri aşkarlayan Cryptome.org saytının ehtimalına görə, hərbi bazadakı obyekt "bir nömrəli terrorçu"nun Pakistanda qaldığı evə çox bənzəyir.

Sayt əməliyyatda iştirak edən əməkdaşlardan birinin çap olunmuş kitabından sitat gətirib. Həmin şəxs bildirmişdi ki, Bin ladenin məhv edilməsi əməliyyatının məşqləri Şimali Karolina ştatında aparılıb.

Xatırldaq ki. Üsamə Bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi təyinatlıları tərəfindən "Dəniz pişikləri" adlanan əməliyyat nəticəsində Pakistanın Abbotabad şəhərində öldürülmüşdür. 2012-ci ilin sentyabrında isə Mark Ouen ləğəbilə əməliyayatda iştirak edən gizli xidmət əməkdaşının ABŞ-da "Çətin gün" adlı kitabı işıq üzü görmüşdü.

Müəllifin əsl adı isə Mett Bissonnettdir. Əməliyyatda iştirak edən "dəniz pişiyi" bildirib ki, terrorçu heç bir müqavimət göstərməyib və onu təsadüfən güllələyiblər.

"Çətin gün"ün yayımından sonra Pentaqon narahatçılığını ifadə edərək gələcəkdə gizli əməliyyatların faş olacağını istisna etməyib. Kitab müəllifinin isə məsuliyyətə cəlb olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə