Keçmiş təhlükəsizlik polkovniki Vladimir Kvaçkovun rəhbərlik etdiyi Yekaterinburq milli-vətənpərvərlik özəyi dövlət çevrilişi planı hazırlayıbmış və sui-qəsdçilər onu Desantçılar günü gerçəkləşdirmək istəyirmişlər.
"İsvestiya"nın yazdığına görə, hazırda Sverdlovsk vilayət məhkəməsində dövlət çevrilişi və terrorçuların cəlb edilməsində ittiham edilən "Minin və Pojarsk xalq hərəkatı" özəyinin işinə baxılır. Nəşrin məlumatına görə, qiyam 2 avqust 2011-ci ildə Yekaterinburqda başlamalı idi. "Rassvet" adlı gizli təşkilat çevrilişin bütün mərhələlərini dəqiq yazılarmış.
"R-1" dalanan birinci mərhələdə bütün Yekaterinburqun işığını kəsməyi, dəmir yol tunelini partlatmağı, neft və qaz kəmərlərini partlatmağı planlaşdırıblarmış. Daha sonra onlar Müdafiə Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli bölmələrinin rəhbərlərini məhv etməli imişlər.
Daha sonra çevrilişin təşkilatçıları bütün hərbi hissləri və mülki əhalini səfərbərliyə almağı və bölgədə hərbi vəziyyət elan etməyi planlaşdırıblar. Planın yekun hisəsi Sverdlovsk vilayətinin dairəvi müdafiəsinin təşkili və Rusiyanın başqa rayonlarından oraya könüllülərin cəlb edilməsi ilə bağlı olub.
Qiyamçıların xüsusi dəstələrinin əsasından hər biri on nəfərdən ibarət bir neçə dəstə durmalı idi. Əlavə yardımçı qüvvələr şəklində 30-50 nəfər nəzərdə tutulmuşdu, "digərləri" bölməsində isə 200-ə yaxın adam yer almalı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB