Hələbdə ötən gün 197 nəfər ölüb

Hələbdə ötən gün 197 nəfər ölüb

Ötən gün Suriya Milli Şurasının başçısı Əbdülbəsit Seyda hökümət qüvvələri ilə müxaliflər arasında qızğın döyüşlərin getdiyi Hələb şəhərinə daxil olub. Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Hələb səfərindən öncə Seyda eyni zamanda Bab Əl-Hava sərhəd buraxılış məntəqəsindən İdlibə səfər edib və vilayətin kənd yerlərində müşahidələr aparıb. İnternetdə dərc olunmuş həvəskar görüntülərdən Seydanın Hələbdə Azad Suriya Ordusunun döyüşçüləri ilə danışdığını görmək olur.

Gəlişinin səbəbinə gəlincə, o bunu döyüş meydanında hadisələrin inkişafı haqqında və xalqın qələbəsi və inqilab naminə birgə işlər ətrafında danışıqlar aparmaq təşəbbüsü ilə izah edib. Suria Milli Şurasının bəyanatında, Seydanın Azad Suriya Ordusu komandirləri ilə Homsun Bəşər Əsəd qüvvələrinin mühasirəsindən azad etmək ətrafında və insanlara yardım üçün və döyüşçülərin silah-sursatla təmini üçün humanitar dəhlizlərin yaradılması ilə bağlı danışıqlar apardığı bildirilir.

Suriya Yerli Kordinasiya Komitələri ötən gün ölkə ərazisində azı 197 nəfərin ölümünü qeydə alıb. Zorakılıq qurbanları arasında 10 azyaşlının və 8 qadının olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə