Gürcüstanın xarici işlər naziri postuna namizəd, qalib "Gürcü arzusu" blokunun lideri Bidzina İvanişvilinin mətbuat katibi Maya Pancikidze bildirib ki, ölkənin əvvəlki hakimiyyəti, yəni oktyabrın 1-də keçirilmiş parlament seçkisində məğbuliyyətlə üzləşmiş Mixail Saakaşvilinin Milli Birlik Hərəkatı ruslarla gizli danışıqlar aparıb.
Yerli "9-cu kanal"a müsahibəsində xanım Pancikidze bu danışıqların bəzən Saakaşvilinin Qərb tərəfdaşlarının vasitəçiliyi ilə reallaşdığını vurğulayıb. Onun sözlərinə görə, belə məxfi təmaslardan biri Almaniyanın Münhen şəhərində baş tutub. Bu görüşün vaxtının dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını deyən nazirliyə namizəd gec-tez Gürcüstan-Rusiya münasibətlərinin normallaşacağını da dilə gətirib. O deyib ki, Qərbin köməyi ilə ölkəsi Moskvanı Gürcüstanın NATO-ya daxil olmasından qorxmamağa inandıracaq.
M.Pancikidze eyni zamanda bildirib ki, Rusiyanın Cənubi Oestiya və Abxaziyadakı səfirlikləri qalınca, Gürcüstan şimal qonşusu ilə diplomatik münasibətləri bərpa etməyəcək. Əsas diqqət iqtisadi və mədəni əlaqələrin yaxşılaşdırılmasına yönələcək. Gürcüstanın MDB-yə qayıtmasına gəldikdə isə, xanım Pancikidze bunun tam mümkünsüzlüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB