2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarına rus qoşunlarının girməsindən sonra qəbul olunmuş "İşğal olunmuş ərazilər haqqında" Qanunda dəyişiklik ediləcək. Gürcü mediası xəbər verir ki, bunu ölkədə keçirilmiş parlament seçkisində qələbə qazanmış "Gürcü arzusu" koalisiyasının üzvü, inteqrasiya məsələləri üzrə dövlət naziri postuna namizəd Paata Zakareişvili bildirib.
P.Zakareişvilinin sözlərinə görə, dəyişiklik prosesi yeni parlament öz işinə başlayanda həyata keçiriləcək. O, qanunun tamamilə ləğv edidlməyəcəyini vurğulayıb. "Çünki işğal göz qabağındadır", - deyən koalisiya üzvü Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın digər əraziləri ilə müqayisədəki fərqli statusunu yüngülləşdirməyin vacibliyinə toxunub.
P.Zakareişvili həmçinin bildirib ki, sözügedən qanunun indiki vəziyyəti Abxaziya və Cənubi Osetiyaya münasibətdə demokratik dəyərlərin cəlb edilməsini çətinləşdirir. Nazirliyə namizəd Gürcüstan hakimiyyətinin bu iki subyektin müstəqilliyini tanımayacağını, bunun tam mümkünsüzlüyünü də vurğulayıb.
Qeyd edək ki, Rusiya indiyədək "İşğal olunmuş ərazilər haqqında" qanuna görə Gürcüstanı çox tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB